Apr 16, 2022 19:14 Asia/Baku
  • İmam Həsən Müctəbanın (ə) viladəti mübarək olsun!

Sabah bazar günü 1443-cü hicri qəməri ili Ramazan ayının 15-i, 2022-ci milad ili aprelin 17-si dünya şiələrinin 2-ci imamı Həzrət İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, 3-cü hicri qəməri ili mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açan İmam Həsən Muctaba (ə) dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) və İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimənin (s.ə) ilk övladıdır.

Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) ilk övladlarının dünyaya gəldiyi gün onu Allahın peyğəmbərinin (s.ə.s) yanına apardılar ki, ona ad qoyusn. Peyğəmbər (s.ə.s) də  Allahın əmri ilə onun adını Həsən - yaxşı və bəyənilmiş - qoydu.

İmam Həsən (ə) 7 il babası islam peyğəmbərinin məhəbbəti sayəsində yaşamaq fəxrinə nail oldu və bu qiymətli fürsətdə islam peyğəmbərinin parlaq nurundan faydalandılar. Peyğəmbərdən sonra İmam Həsən Həzrət Əli (ə) üçün sayıq şagird və vəfalı köməkçi idi.

İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün Əhli-Beyt (ə) aşiqləri və dünya azadlıqsevərlərini təbrik edirik.

Teqlər