İyul 27, 2023 17:32 Asia/Baku

Bu gün İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) aşiqlərinin geniş iştirakı ilə İranın müxtəlif şəhərlərində Tasua günü mərasimləri keçirilir.

Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid oldular.

Həzrət İmam Hüseyn (ə) Kərbəla hadisəsində açıq şəkildə vurğuladı ki, mənim hərəkətimdə məqsəd Yezidin islalama qarşı hökumətini rüsvay etmək, əmri-be-məruf, nəhyi-əz-münkəri bərpa etmək, zülm və sitəm qarşısında dayanmaqdır.

Tasua və Aşura günlərində Hüseyn əzadarları İslami İranın hər yerində xüsusi matəm mərasimləri keçirərək, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin, o cümlədən o, Həzrətin əziz qardaşı Həzrət Əbülfəzlil-Abbasın (ə) şəhadətinin matəmində əza saxlayırlar.

Səhərazəri telekanalı İmam Hüseynin (ə) Tasua və Aşurasını bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə və dünyanın azadlıqsevər insanlarına baş sağlığı verir. 

Teqlər