Ukrayna Rusiyaya xəbərdarlıq etdi
Okt 15, 2015 17:47 Asia/Baku
-
Ukrayna Rusiyaya xəbərdarlıq etdi
Ukrayna Rusiyaya 3 milyard dollarlıq borcunu ödəmək üçün Kiyevin təkflini qəbul etmədiyi halda qanuni proseduralarla Rusiyanı hədələyib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna baş naziri Arseni Yatsenyuk cümə axşamı günü bu ölkə parlamentində deyib: Əgər Rusiya bu sahədə Ukraynanın təklif şərtlərini qəbul etməzsə, Kiyev Moskva ilə "qanuni müharibə"yə hazırdır.Yatsenyuk həmçinin deyib: Rusiya Krım yarımadasının öz ərazisinə ilhaq emtək, həmçinin Donbasda şəraitə görə Ukraynaya 1 trilyon dollar ödəməlidir.
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna baş nazirinin sözlərinə reaksiyada Krımı Rusiyanın ərazisinin bir hissəsi adlandırıb.
Peskov bildirib: Rusiyanın Ukraynadan 3 milyard dollar almaqla bağlı mövqeyi dəyişməyib və Kiyev təyin olunan zaman ərzində bu vəsaiti Moskvaya ödəməlidir.
Rusiyanın maliyyə naziri Anton Silvanov da ötən həftə deyib: Rusiya bu barədə Ukrayna ilə razılaşmaq istəmir.
Teqlər