Yan 16, 2021 08:05 Asia/Baku
  • ABŞ İŞİD məhbuslarını Suriya-İraq sərhədinə köçürdü

Suriyadakı yerli mənbələr bildirirlər ki, ABŞ Suriya torpaqlarında qalmasına bəhanə gətirmək və Suriya ordusunun mövqelərinə hücum etmək üçün İŞİD məhbuslarını İraq-Suriya sərhədinə köçürüb.

SəhərAzəri xarici medialara istinadən xəbər verir, Əl-Məyadin şəbəkəsi Suriyada mənbələrinə istinadən qeyd edir ki, ABŞ ordusu İŞİD məhbuslarını helikopterlərlə Əl-Haksa əyalətindəki (şimal-şərq) İraqla sərhəddə yerləşən bir neçə həbsxanadan köçürüb.

Sözügedən mənbələr Əl-Məyadinə bildiriblər ki, ABŞ-ın helikopterləri hər gün İŞİD məhbuslarını Suriyanın şimal-şərqindəki Ğoyran və Əl-Sinaa həbsxanalarından mütəmadi ABŞ-ın İraqdakı bazalarına aparır.

Məlumata görə, əksəriyyəti İraq millətindən olan bu İŞİD məhbusları Ğoyran idman kompleksində toplanır və sonra ABŞ ordusunun nəzarəti və rəhbərliyi altında helikopterlə sərhədə çatdırılır.

Mənbələr Əl-Məyadinə 100-dən çox məhbusun İraq sərhədinə aparıldığını və sonra Suriya ordusu və müttəfiqlərinin Suriya və İraq çöllərindəki mövqelərinə hücum etmək üçün silahlandıqdan sonra azad edildiyini bildiriblər.

Mənbələr, keçən ilin son üç ayında amerikalıların Əl-Şəddadi və Əl-Hasəkədəki həbsxanalardan onlarla İŞİD məhbusunu Əl-Tanf 55 məhəlləsinə köçürdüklərini və Suriya ordusunun mövqelərinə hücum etmək üçün istifadə etdiklərini də qeyd ediblər.

Xatırladaq ki, bir neçə həftə əvvəl Suriyanın SANA rəsmi xəbər agentliyi də oxşar bir xəbərində ABŞ qüvvələrinin şimal-şərqdəki bir neçə həbsxanadan onlarla İŞİD terrorçusunu İordaniya sərhədindəki qanunsuz Əl-Tanf bazasına köçürdüyünü bildirmişdi.

Teqlər