Sen 11, 2021 15:15 Asia/Baku
  • Fələstinli gənclər sionistlərin PUA-nı vurublar

Fələstinli gənclər Ramullahın qərbində sionist rejim ordusunun bir ədəd PUA-nı vurublar.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu pilotsuz bu gün səhər saatlarında Ramullahın qərbində yerləşən «Əl-Nəbi Salih» kəndində süqut edib.

Sionist rejim hərbçiləri həmin pilotsuzun süqutundan sonra «Əl-Nəbi Salih» kəndinə basqın ediblər.

Altı fələstinli əsirin bazar ertəsi günü qəsb olunmuş Fələstinin şimalında yerləşən «Cəlbu» məhbəsindən qaçmasından sonra sionist rejim onları həbs etmək üçün PUA-dan istifadə də daxil olmaqla özünün bütün imkanlarını işə salıbdır.

Sionist rejim üçün ağır bir təhlükəsizlik məğlubiyyətini qeydə alan bu nadir hadisədən sonra bu rejimin başçıları belə bir nəticəyə çatıblar ki, rejimin kəşfiyyat və təhlükəsizlik sistemi süst və nüfuzediləsidir.

Teqlər