May 08, 2022 13:52 Asia/Baku
  • Qətər-2022 tamaşaçıları üçün İrana pulsuz viza

İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini deyib ki, futbol üzrə dünya çempionatının tamaşaçılarına İrana səfər üzrə viza pulsuzdur.

SəhərAzəri-nin məlumatına əsasən, Futbol üzrə 2022-ci il Qətər dünya çempionatı noyabrın 21-də başlanacaq və İranın milli futbol komandası B qrupunda İngiltərə, ABŞ və Avropa pley-off yarışlarının qalibi ilə bir qrupdadır.

İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri futbol üzrə dünya çempionatının keçirilməsində İran-Qətər əməkdaşlıqları haqda belə əlavə edib: İranın sənaye, mədən və ticarət nazirliyi tərəfindən müəyyən qruplar Qətərə səfər edib və Qətərdə İran məhsulları üzrə birgə ticzarət otaqları fəaliyyətə başlayıblar.

İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini həmçinin deyib: Qətərdə müxtəlif turizm şirkətləri fəaliyyət göstərirlər ki, dünya çempionatının keçirildiyi günlərdə turistlər İrana səfər edib, İranın tarixi və qədim mərkəzlərinə baş çəkmiş olsunlar.