May 10, 2022 15:52 Asia/Baku
  • Yəhya Əl-Sinvar
    Yəhya Əl-Sinvar

Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli lideri İsrail rejiminin müqavimət liderlərini terrorla hədələməsinə toxunaraq deyib ki, Fələstin müqaviməti işğal olunmuş ərazilərin dərinliklərinə zərbə endirməyə qadirdir.

SəhərAzəri-nin məlumatına əsasən, Cümə günü sionist rejimin bəzi nümayəndələri və keçmiş rəsmiləri, eləcə də jurnalistləri açıq şəkildə HƏMAS-ın Qəzzədəkı siyasi ofisinin rəhbəri Yəhya Əl-Sinvarın terror edilməsinə çağırış ediblər. 

Onlar, müqavimətin Təl-Əvivin şərqindəki "Elad" əməliyyatlarında Əl-Sinvarı günahlandırırlar; Cümə axşamı baş tutan və 3 sionist mühacirin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnən əməliyyat. 

Əhməd Əl-Müdəlləl "İran Press" xəbər agentliyinə müsahibəsində deyib: "İsrail rejiminin müqavimət liderlərini terrorla hədələməsi fələstinliləri qorxuda və bu rejimə qarşı müqavimətini dayandıra bilməz".

Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli lideri qeyd edib ki, İsrail rejimi Yəhya Əl-Sinvarı terror etmək istəsə, o zaman İslami Cihad Hərəkatının raketləri İsrail mərkəzlərini vurmaq üçün HƏMAS raketlərini üstələyəcək. 

İsrail rejiminin Fələstin müqaviməti liderlərinin terror edilməsinə görə tam məsuliyyət daşıdığını bəyan edən Əhməd Əl-Müdəlləl bildirib ki, sionist rejimin işğalçılığına qarşı müqavimət Fələstin xalqının qanuni haqqıdır.

Əl-Müdəlləl İsrail rejiminin Qüds və Məscidül-Əqsaya qarşı cinayətləri mövcud olduqca Fələstin torpaqlarının azad edilməsi uğrunda müqavimətin davam edəcəyini vurğulayıb.

Həmçinin, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS İsrail rejiminə Yəhya Əl-Sinvara qarşı hər hansı sui-qəsd cəhdi ilə bağlı xəbərdarlıq edib və vurğulayıb: "Fələstin Müqaviməti liderlərinə qarşı istənilən cəhd İsrail rejiminin şəhərləri və strateji mərkəzlərinin müqavimət raketləri ilə oda çəkilməsi deməkdir".