May 11, 2022 11:29 Asia/Baku
  • Sionist rejimin infrastrukturlarına kiber hücumu

İraqın Əl-Tahirə kiber komandası «Ya Lisarat, Əbu Mehdi əl-Mühəndis!” şüarı ilə sionist rejimin nəqliyyat sektorunun infrastrukturlarına qarşı geniş kiber hücumu həyata keçirib və bu rejimin ən böyük nəqliyyat şirkəti olan «Eqqed»in fəaliyytətini dayandırıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Kiber hücumları, vuruşmaq üçün güclü və azxərcli bir seçimə çevrilib.

İraqlı müqavimət qruplarına yaxın medialar xəbər verirlər ki, ötən bir saat ərzində sionist rejimdə səfərlərin rezervasiya saytına qarşı dördüncü çox güclü kiber hücumu baş verib və onun fəaliyytətini dayandırıbdır.

Bu kiber hücumu nəticəsində «Eqqed» ümumi nəqliyyat şirkətinin fəaliyyəti və yeni yüklər üçün qeydiyyat imkanı dayanıbdır.

Həmçinin sionist rejimin dəmiryolu sistemində kredit kartları ilə ödəniş imkanı naməlum müddətədək dayanıbdır.

Bu, son həftələr ərzində sionist rejimin vebsayt və serverlərinə qarşı neçənci geniş kiber hücumudur.

Oxşar bir hərəkətdə aprelin 20-də həyata keçirilmiş kiber hücumu Təl-Əvivdə yerləşən “Ben-Qurion” hava limanı saytının fəaliyytətinin dayanmasına səbəb olmuşdu.

Ondan bir neçə gün öncə iraqlı hakerlər sionist rejimin media saytlarına da hücum etmiş və bu saytları, o sıradan həmin rejimin doqquzuncu dövlət televiziya kanalını əlçatanlıqdan çıxarmışdılar.

Həmin haker hücumlarında «Ləbbeyk, Ya Qüds!», «Ya, Lisarat Əl-Hüseyn!», «Ləbbeyk, Ya Hacı Qasım!» və «Ləbbeyk, Ya, Əbu-Məhdi!» şüarları verilmiş və bu haqda xəbərlər İraqdakı sosial şəbəkələrdə yayılmışdı.

Bəzi sionist mənbələr də etiraf ediblər ki, bu rejimin dövlət və media vebsaytlarına qarşı geniş haker hücumları görünməmiş bir miqyasda baş veribdir.

Sionist rejimin üç mühüm media saytı- doqquzuncu dövlət televiziya kanalı, on birinci telekanal və «Kan» kanalı əlçatanlıqdan çıxıbdır.

 

Teqlər