İŞİD qərargahlarında Səudiyyə bayraqları aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194146-İŞİd_qərargahlarında_səudiyyə_bayraqları_aşkarlanıb
Suriya ordusu qüvvələri və bu ölkənin kürd döyüşçüləri Həskə bölgəsində İŞİD qərargahlarını axtarış zamanı pakistanlı və malayziyalı təkfirçilərin ixtiyarında olan Səudiyyə bayraqlarını aşkarlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2015 15:57 Asia/Baku
  • İŞİD qərargahlarında Səudiyyə bayraqları
    İŞİD qərargahlarında Səudiyyə bayraqları

Suriya ordusu qüvvələri və bu ölkənin kürd döyüşçüləri Həskə bölgəsində İŞİD qərargahlarını axtarış zamanı pakistanlı və malayziyalı təkfirçilərin ixtiyarında olan Səudiyyə bayraqlarını aşkarlayıblar.

Səhər Beynəlxalq Televiziya kanalının verdiyi məlumata görə, Suriya ordusu qüvvələri və kürd xalq müdafiə komitələri bu gün Həskə bölgəsinin Əbdül-Əziz dağı ərazilərində təkfirçi İŞİD terrorçu qrupun mövqelərini təmizləmə əməliyyatında bu qərargahlardan Səudiyyə Ərəbistanının bayraqlarını aşkar ediblər. Həmçinin İŞİD terrorçularının mövqelərindən bu terror qrupunun xarici ünsürlərinin şəxsiyyət vəsiqələri eləcə də peykə qoşulan təchizatlar və foto aparatlar aşkar ediblər. Təll-Təmər bölgəsinin Suriya ordusu və kürd döyüşçülər tərəfindən təmizlənilməsi əməliyyatı davam etməkdədir.