May 25, 2015 09:32 Asia/Baku
  • Bəhreyndə etiraz aksiyası
    Bəhreyndə etiraz aksiyası

Bəhreyn xalqının Ərəbistanda onlarla nəfərin ölməsi və yaralanması ilə nəticələnmiş Qətif şəhərində şiələrin məscidlərindən birinə qarşı hücumuna etiraz olaraq keçirdiyi aksiya kobudluqla yatırılıb.

Press TV-nin məlumatına görə, Bəhreynin təhlükəsizlik qüvvələri dünən bu ölkənin paytaxtı Manamada plastik güllələr və gözyaşardıcı qazla aksiyaçılara hücum ediblər.
Bu məlumata görə, təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində bir qrup aksiyaçı yaralanıb.
Cümə günü Ərəbistanın Qətif şəhərindəki Əlqədih qəsəbəsində yerləşən İmam Əli(ə) məscidində bir terrorçu kamikadzü özünü şiə namazqılanlar arasında partladıbdır ki, nəticədə 20-dən çox namazqılan şəhid olub, təqribən 100 nəfər də yaralanıbdır.
Bəhreyn ötən dörd ildə anti-hökumət aksiyaları səhnəsi olubdur. İndiyədək onlarla nəfər həlak olub, minlərlə nəfər də anti-hökumət aksiyalarında iştirak ittihamı ilə həbsə atılıbdır.

Teqlər