May 25, 2015 10:52 Asia/Baku
  • Heydər əl-İbadi, İraqın baş naziri
    Heydər əl-İbadi, İraqın baş naziri

İraqın baş naziri Fars Körfəzi ölkələrindən istəyib ki, İŞİD terror qruplaşması ilə mübarizə də İraqa kömək etsinlər.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Heydər əl-İbadi BBC informasiya kanalı ilə müsahibədə deyib: İran İslam Respublikasının terrorizm ilə mübarizədə İraqa olan yardımlarının səbəbi, İranın İŞİD terror qruplaşmasını öz milli təhlükəsizliyi üçün real təhlükə olarq görməsidir.
Heydər əl-İbadi əlavə edib: İranlılar İraqı təhdid edən təhlükəni İrana qarşı yönəlmiş təhlükə hesab edirlər. Çünki, terrorizm İranı da təhdid edir. Elə buna görə də İran terrorizm ilə mübarizədə İraqın kənarında dayanıb. Əlbəttə, biz də İranın himayələrini müsbət qarşılayırıq.
İraqın baş naziri həmçinin deyib: Mən bütün ölkələrdən istəyirəm ki, İran kimi təhlükəni hiss etsinlər və bizimlə əməkdaşlıq etsinlər. İordaniya da bu təhlükəni hiss və bizimlə əməkdaşlıq edir. Fars Körfəzi ölkələri də özlərini təhlükədə hiss edirlər. Lakin, bu təhlükəni ciddi qəbul etmir və real təhlükə qarşısında olduqlarını dərk etmirlər.
Heydər əl-İbadi sonda deyib: Mən onlara deyirəm ki, bu sizə qarşı yönəlmiş ciddi təhdiddir.

Teqlər