Suriya parlamentinin sədri: Terrorizmlə mübarizə üçün həqiqi iradə yoxdur
İyun 01, 2015 18:29 Asia/Baku
-
İran və Suriya parlamentlərinin sədrləri
Suriya parlamentinin sədri deyib: Regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizə üçün iradə yoxdur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Liham bazar günü İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib: BMT-nin terrorçularla mübarizə üzrə qətnamələr təsdiqləməsinə baxmayaraq, terror qruplaşmalarına maliyyə təmini və dəstəkləri hələ də davam edir və bu nəhs fenomen bölgədə genişlənməkdədir.Cihad əl-Liham bildirib: Suriya və İraq müstəmləkəçi ölkələr və regionun bəzi ərəb ölkələri tərəfindən dəstəklənən təkfirçi terrorçularla mübarizədədirlər.
Suriya parlamentinin sədri deyib: Bəzi tanınmış ərəb ölkələri və qərb ölkələri tərəfindən Suriyaya qarşı tətbiq olunan utandırıcı iqtisadi sanksiyalara baxmayaraq, İranın Suriya xalqının dəstəkləməsi bu ölkə xalqının müqavimətinə köməkdə yaxşı təsirə malik olmuşdur.