Barizani: Kürdüstanın İraqdan ayrılmağa marağı yoxdur
İyun 06, 2015 13:57 Asia/Baku
-
Barizani: Kürdüstanın İraqdan ayrılmağa marağı yoxdur
İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəhbəri bildirib: Kürdüstan məntəqəsinin İraqdan ayrılmağa meyli yoxdur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq Kürdüstanı məntəqəsinin yerli idarəsinin rəhbəri Neçirvan Barizani əlavə edib: İraq Kürdüstanı məntəqəsinin siyasəti, İraq baş naziri Heydər əl-İbadinin hökumətinin dəstəklənməsidir.Barizani bildirib: Kürdüstan məntəqəsi Bağdadla öz iqtisadi problemlərini həll etməyə maraqlıdır. Lakin əgər Bağdad problemlərin həlli üçün çalışmazsa, İraq Kürdüstanı digər həll yolları axtaracaqdır.