Türkiyə parlament seçkiləri sona çatıb
İyun 07, 2015 16:10 Asia/Baku
-
Türkiyə parlament seçkiləri
Türkiyə parlament seçkiləri sona çatıb və səslərin sayılması davam edir.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, səsvermə məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb.Seçicilər Türkiyə parlamentində 550 deputatı seçmək üçün səsvermədə iştirak ediblər.
Seçkilər tam təhlükəsizlik tədbirləri altında keçirilib. Türkiyənin cənub-şərqində kürdsakinli Şanlı Urfa şəhərində qarşıdurma baş verib. Nəticədə 15 nəfər yaralanıb. Qarşıdurmada tüfəng, bıçaq və daşdan istifadə olunub.
Cümə günü kürdləri dəstəkləyən HDP-nin Diyarbəkirdəki toplantısında baş verən partlayışda iki nəfər həlak olmuş, 1 nəfər də yaralanmışdı.
Teqlər