Suriyanın Türkiyə seçkilərinin nəticələrinə reaksiyası
İyun 10, 2015 09:51 Asia/Baku
-
Suriyanın Türkiyə seçkilərinin nəticələrinə reaksiyası
Suriya xarici işlər naziri Türkiyə parlament seçkilərinin nəticələrini bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın siyasətlərinin uğursuzluğunun nişanəsi adlandırıb.
Suriya xəbər kanalının məlumatına görə, bu ölkənin xarici işlər naziri Vəlid Muəllim Türkiyə parlament seçkilərinin nəticələri haqda belə deyib: Bu seçkilər Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın şöhrətbazlıığını dayandırdı və dünyaya göstərdi ki, Türkiyə xalqı Ərdoğanın yanlış siyasətləri, qonşu ölkələrin işlərinə aşkar müdaxiləsi və onların sabitliyini pozması ilə müxalifdir.Suriya nazirlər kabinetinin həftəlik iclasında çıxış edən Vəlid Muəllim əlavə edib: Türkiyəni terrorizm mərkəzinə çevirmiş hərəkətlər tezliklə nəinki bu ölkənin, həm də bütün ölkələrin gələcəyinə təsir göstərəcəkdir.
Türkiyə parlament seçkilərinin nəticələrinə görə, Ərdoğana tabe olan Ədalət və İnkişaf Partiyası səslərin yalnız 41 faizini əldə edibdir ki, bu da təklikdə dövlət təşkil etməyə kifayət etməz və bu partiya digər partiyaların iştirakı ilə koalisiya dövləti yaratmalıdır.
Teqlər