Livan Hizbullahı terrorçuların Suriya duruzilərinə qarşı cinayətini pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194754-livan_hizbullahı_terrorçuların_suriya_duruzilərinə_qarşı_cinayətini_pisləyib
Livan Hizbullahı əl-Nüsrə Cəbhəsi təkfirçi terror qruplaşmasının onlarla Suriya duruzisini qətliam etməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2015 05:18 Asia/Baku
  • Livan Hizbullahı terrorçuların vəhşiliyini pislədi
    Livan Hizbullahı terrorçuların vəhşiliyini pislədi

Livan Hizbullahı əl-Nüsrə Cəbhəsi təkfirçi terror qruplaşmasının onlarla Suriya duruzisini qətliam etməsini pisləyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Livan Hizbullahı cümə axşamı günü bir bəyanatda bildirib: Suriyada təkfirçi terror qruplaşmaları yalnız kütləvi qırğın, qan tökmək, hörmətsizlik etmək, təfriqə yaratmaq və insanların yaşayış massivlərini boşaltmağı düşünürlər.
Livan Hizbullahı bu bəyanatda əlavə edib: Sionist rejim Suriyanın cənub bölgələrində təkfirçi terrorçulara istənilən silah yardımı və dəstəyi əsirgəməyib və hazırda faktlar vardır ki, sionistlərlə təkfirçi terror qruplaşmaları arasındakı əlaqənin olduğunu sübuta yetirir.
Livan parlamentinin sədri Nəbih Berri də Suriyanın İdlib vilayətində 40-dan çox duruzini qətliam edən əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının cinayətini pisləyib.
Əl-Nüsrə terror qruplaşması Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində 40-dan çox duruzinin onlarla əməkdaşlıq etməmələrinə görə başlarını kəsib.