Livan Hizbullahı qüvvələrinin terrorçulara qarşı əməliyyatları davam edir
İyun 20, 2015 14:47 Asia/Baku
-
Livan Hizbullahı qüvvələrinin terrorçulara qarşı əməliyyatları davam edir
İnformasiya qaynaqları Hizbullah qüvvələrinin Suriya ilə sərhəd məntəqələrdə terrorçulara qarşı əməliyyatlarının davam etməsindən xəbər verirlər.
Əl-Aləm informasiya kanalının verdiyi məlumata görə, Livanın müqavimət qüvvələri şənbə günü planlaşdırılmış şəkildə İŞİD və Ənnüsrə Cəbhəsinin işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə Livanın şimal-şərqində yerləşən Ərsal və Suriya ilə sərhəd məntəqədə yerləşən Qələmun məntəqələri boyunca irəliləməyə başlayıblar. Hizbullah qüvvələri Ərsal şəhərində İŞİD-in mövqelərini hədəfə alıb. Bu əməliyyat nəticəsində bir qrup terrorçu məhv edilib. Livan ordusu və Hizbullah qüvvələri indiyə kimi terrorçulara bir sıra ağır zərbələr endiriblər.