Öcalanın bacısı qızı Türkiyə Parlamentində inauqurasiya mərasimində iştirak edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195155-Öcalanın_bacısı_qızı_türkiyə_parlamentində_inauqurasiya_mərasimində_iştirak_edib
Abdullah Öcalanın bacısı qızı Türkiyə Parlamentinin üzvü kimi and içib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 13:01 Asia/Baku
  • Dilək Öcalan
    Dilək Öcalan

Abdullah Öcalanın bacısı qızı Türkiyə Parlamentinin üzvü kimi and içib.

İSNA xəbər agentliyinin məlumatına görə, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın bacısı qızı Dilək Öcalan dünən Türkiyə Parlamentinin ən gənc üzvü kimi and içib.
Onun Türkiyə Parlamentinə üzv olması bu ölkə kürdləri üçün böyük hadisə sayılır.
Dilək Öcalan Xalqların Demokratik Partiyasının 7 iyun seçkilərində Parlamentə üzv olmağı bacaran 80 üzvündən biridir.
HDP Türkiyə kürdlərinin himayəsinə malik olaraq, 7 iyun Parlament seçkilərində səslərin 12%-in özünə aid edib və 10%-lik barajı aşaraq, Parlamentə daxil olmağı bacarıb.