Türkiyə Böyük Millət Məclisində 21 hicablı qadın millət vəkili
İyun 24, 2015 15:08 Asia/Baku
-
Türkiyə Böyük Millət Məclisində 21 hicablı qadın millət vəkili
Türkiyə tarixində ilk dəfə olaraq 21 hicablı qadın Parlamentə daxil olmağı bacarıb.
İRNA-nın məlumatına görə, Türkiyə Parlamentinin yeni üzvlərinin inauqurasiya mərasimində 21 hicablı qadın millət vəkil də iştirak edib. Bu məlumata görə, 21 hicablı millət vəkilinin 18-i hakim Ədalət və İnkişaf Partiyasının üzvüdür. Digər 3 nəfər isə Halkların Demokratik Partiyasının üzvləridir.Həmçinin, Türkiyə Parlamentində qadın millət vəkillərinin sayı da artaraq, 96 nəfərə çatıb. Halbuki, ötən illər ərzində Türkiyə Parlamentində hicablı qadınlar məhdudiyyətlərə malik idilər. O cümlədən hicablarını açmalı və ya Parlamentdən çıxarılmaq təhlükəsi ilə üz-üzə idilər.
Teqlər