Əl-Anbarda onlarla İŞİD terror başçısı öldürülüb
İyun 27, 2015 08:10 Asia/Baku
-
Onlarla İŞİD terror başçısı öldürülüb
İraqın təhlükəsizlik dairələri əl-Anbar vilayətində İŞİD terror qruplaşmasının başçılarının toplaşdıqları məkanın bombardman edildiyini bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq təhlükəsizlik dairələri cümə günü bildiriblər ki, İraqda terror qruplaşmalarının mövqelərinə qarşı keçirilən hava hücumlarında ən azı 10 terror başçısı öldürülüb.Məlumata görə, Suriya sərhədi yaxınlığında Əkaşat şəhərinin mərkəzində İŞİD başçıları və ünsürlərinin bir qrupunun bir mənzildə olması ilə əlaqədar məlumatlar daxil olduqdan sonra həmin məkan bombardman edilib.