Fələstinli analar övladları ilə birgə sionist rejimin əsirliyində
İyun 29, 2015 13:24 Asia/Baku
Fələstinin hüquqi mənbələri fələstinli anaların övladları ilə birgə sionist rejimin əsirliyində olmalarından xəbər veriblər.
Misirin Əlşərquləusət xəbər agentliyinin məlumatına görə, fələstinin hüquqi mənbələri bildiriblər ki, sionist rejimin məhbəslərində saxlanılan üç fələstinli ana övladları ilə birgə bu rejimin məhkəməsi tərəfindən uzunmüddətli həbslərə məhkum edilib.Cari milad ilinin əvvəlindən bəri qohumlarını görmək üçün zindan gedən fələstinlilərin sionist rejim tərəfindən həbs olunmaları dalğası artıbdır. Belə ki, bu müddətdə onlar 14 fələstinli qız və qadını bu görüşlər zamanı puç bəhanələrlə həbs ediblər.
Fələstinli Məhbuslar və Azadələrin İşləri üzrə Komitənin məlumatına görə, hazırda sionist rejim məhbəslərində 6500 fələstinli vardır ki, onların 478 nəfəri bir və ya bir neçə dəfə ömürlük həbs cəzası hökmünə malikdir.
Həmçinin bu məhbuslar arasında 18 yaşından aşağı 25 qadın və uşaq var.
480 nəfər idarə həbsi hökmünə malikdir, 13 nəfər də Fələstin parlamentinin üzvüdür. İki nəfər isə Fələstin Muxtariyyətində nazirlik vəzifəsində çalışıb.