İyul 02, 2015 13:49 Asia/Baku
  • Sionist rejim tərəfindən fələstinlilərin həbs dalğası - Təhlil
    Sionist rejim tərəfindən fələstinlilərin həbs dalğası - Təhlil

Sionist rejimin Qəzzə zolağına qarşı ardıcıl təcavüzləri və İordan çayının qərb sahilində repressiv hərəkətləri şiddətləndirməsi, bu rejim fələstinlilər əleyhinə çoxlu sayda fələstinlinin həbs olunması kimi qeyri-insani hərəkətlərindən əl çəkmir.

Bu sahədə sionist rejiin daxili təhlükəsizlik xidməti son günlərdə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Fələstin İslami Müqavimət Hərəkatı Həmasın yüksək səviyyəli yüzlərlə üzvünü həbs edib.
Sionist Yadiut Aharnut qəzetinin xəbər portalı bildirib ki, sionist rejimin daxili təhlükəsizlik xidməti çərşənbə günü ordu və polis əməkdaşlarının köməyi ilə Nablos və onun ətrafındakı şəhərlərdə 40-dan çox Həmas Hərəkatı üzvünü həbs edib.
Sionist rejimin İordan çayının qərb sahilində fələstinli fəalları davamlı şəkildə həbs etməsi bu rejimin həbsxanasındakı səirlərin sayını anbaan artırır. Belə ki, sionist rejimin məhbəsində olan fələstinli əsirlərin sayı təxminən 7 min nəfər hesab olunur.
Sionist rejim fələstinliləri gündəlik, müharibələrdə kütləvi şəkildə qətlə yetirməkdən əlavə fələstinliləri əsir götürməklə və ağır və dəhşətli işgəncələr altında saxlamaqla praktiki olaraq onların tədrici ölümünü gerçəkləşdirir.
Qeyd olunan məsələlər sionist rejimin fələstinlilərin nəslinin məhv olmasına dair irqçilik məqsədlərinin müxtəlif üsullarla fələstinlilərə qarşı cinayətlərinin kəskinləşdirdiyini göstərir.
Beynəlxalq ictimaiyyətin fələstinli əsirlərin qarşısındakı susqunluğu praktiki olaraq fələstinli əsirləri həddindən artıq təhlükəyə atır və belə vəziyyət sionist rejimi daha çox fələstinlini əsir götürməkdə həyasızlaşdırıb.
Sionist rejim fələstinlilərin həbsini şiddətləndirməklə həmişə fələstinlilər arasında qorxu yaratmaq və onları müqaviməti davam etdirməkdən vaz keçməyə məcbur etmək, eləcə də fələstinlilərdən bac almaq prosesini davam etdirməyi düşünür. Bu məsələ sionist rejimin öz məqsədlərinə nail olmaq istiqamətində heç bir cinayət və zülmü əsirgəmədiyini göstərir.
Fələstinlilərin əsir götürülməsi siyasəti ötən təkcə ötən 4 dekadada təxminən 1 milyon fələstinlinin sionist rejim tərəfindən həbs olunmasına səbəb olub. Beləliklə çoxlu sayda fələstinli praktiki olaraq bir müddəti bu rejimin həbsxanasında keçirib. Halbuki sionist rejim fələstinli əsirlərə qarşı cinayətləri sərtləşdirərək və beynəlxalq konvensiyalar, o cümlədən fələstinli əsirlər barədə Cenevrə konvensiyasını icra etməkdən boyun qaçıraraq müxtəlif hiylələrlə fələstinli əsirlərin müharibə əsirlərinin adlandırılmasının qarşısını alır.
Sionist rejim mümkün olan hər bir metodla fələstinlilərə qarşı irqçilik və zorakılıq rəftarlarını tətbiq etməyə çalışır.
Buna görə, sionist rejim tərəfindən həbs olunanların əksəriyyəti naməlum tale ilə üzləşir. Onların bir çox sionist məhbəslərində şəhid olur və yaxud daimi əlillik və müalicə olunmayacaq xəstəliklərlə qarşılaşırlar.
Fələstin diyarı Qüdsü işğal etmiş rejimin bu diyarın məzlum xalqına qarşı törətdiyi çoxlu cinayətlərlə doludur.
Bu cinayətlərə nəzər saldıqda etiraf etmək olar ki, sionist rejim Fələstin xalqına qarşı ən ağır və kobud hərəkətləri etmiş və fələstinlilərin hüquqlarının tam şəkildə pozulması istiqamətində addım atmışdır. Belə bir şəraitdə beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətləri ilə ciddi şəkildə davranmaq yerinə susqunluğu fələstinlilərin həyatını daha da təhlükəyə atacaqdır.

Teqlər