"İran islam ölkələri üçün örnəkdir"
İyul 04, 2015 08:58 Asia/Baku
-
İran islam ölkələri üçün örnəkdir
Livan Hizbullahı baş katibinin müavini islam ölkələrinin İrandan örnək almalarını istəyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Livan Hizbullahı baş katibinin müavini Şeyx Nəim Qasim cümə günü Beyrutun Cənubi Zahiyə məntəqəsində Hizbullah Qadınlar Heyətinin mərasimində İran İslam Respublikasının nüvə məsələsində öz haqlı mövqeyini müdafiə etdiyini bildirərək deyib: Bütün islam ölkələri İranın şərafətli mövqeyi və onun böyük qüdrətlər qarşısındakı müqavimətini örnək götürməlidirlər.Şeyx Nəim Qasim əlavə edib: İran İslam Respublikası elə bir məsələləri irəli sürür ki, bütün müsəlmanların izzəti, istiqlaliyyəti və kəramətinə səbəb olur.
Livan Hizbullahı baş katibinin müavini həmçinin Ərəbistanın Yəmənə hücumlarının davam etməsini pisləyərək bildirib: Ərəbistan Yəməndə öz məqsədlərinə çata bilməz. Çünki xalq müqaviməti ilə üzləşib.
Şeyx Nəim Qasim hazırda təkfirçi terrorizm və beynəlxalq terrorizmin bütün ərəb və islam ölkələri, hətta qərb üçün mənfi nəticələrinin müşahidə olunduğunu və heç kimin onların şərrindən amanda qalmadıqlarını bildirərək deyib: Hizbullah Suriyaya daxil olaraq təkfirçilərin qapısından amerikan-sionist plana böyük zərbə vurdu.
Livan Hizbullahı baş katibinin müavini əlavə edib: Bəziləri hələ də Suriyada dəyişikliyə ümid bəsləyir və bu qənaətdədir ki, Suriya quruluşu bir neçə ayda dəyişəcək və ardınca, o hesablamalar bu ölkə və bölgədə baş tutacaq. Lakin 4 ildən çoxdur ki, bu sözlər eşidilir.