İordan çayının qərb sahilində fələstinlilərin həbsi davam edir
İyul 08, 2015 14:19 Asia/Baku
İşğalçı sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində bir neçə fələstinlini həbs ediblər.
Səhər Beynəlxalq Televiziyasının ərəb medialarına istinadla verdiyi məlumata görə, işğalç İsrail rejiminin ordusu çərşənbə günü bildirib: İsrail polisi və ordu qüvvələri ötən gecənin son saatlarında İordan çayının qərb sahilində Nablos, Ramullah, Qələndiya və Beyt-Ləhmdə 10 fələstinlini həbs ediblər.Bu məlumata görə, həbs olunan fələstinlilər dindirilmək üçün təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Sionist rejim hərbçiləri demək olar ki, hər gün və əsassız bəhanələrlə Fələstin vətəndaşlarını həbs edirlər.