İyul 10, 2015 09:47 Asia/Baku
  • Ərəb və islam dünyasının vəziyyəti nigaranedicidir
    Ərəb və islam dünyasının vəziyyəti nigaranedicidir

Livanın İslam Müqaviməti Hizbullah Hərəkatının baş katibi deyib: Ərəb və islam dünyasının vəziyyəti çox nigaranedicidir və böhranların həlli üçün dua və əməl silahından istifadə etməliyik.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah birbaşa əl-Minar telekanalı ilə yayımlanan mübarək Ramazan ayının 23-cü gecəsində deyib: Ərazisi işğal altında olan və ya düşmən tərəfindən hədələnən sükut etməməli və bir küncdə oturmamalıdır.
Seyid Həsən Nəsrullah əlavə edib: Allah bizə əmr edib ki, küncdə oturmağı və yalnız dua etməyi deyil, düşmən qarşısında cihad edək.
O deyib: Düşmənin dəf olunması əməllə mümkündür və dua əməlin tamamlayıcısıdır.
Livan Hİzbullahının baş katibi deyib: Son illər ərəb və islam dünyası üçün ən ağır illər olub.
Seyid Həsən Nəsrullah xatırladıb: Ərəb və islam ümmətinin xilası mədəni və düşüncə səyi, eləcə dəsəhnədə iştirak, cihad, əməkdaşlıq, vəhdət və duaya ehtiyaclıdır.
Nəsrullahın sözlərinə görə, 33 günlük müharibədə əgər Livan və digər ölkələrin xalqlarının duası olmasaydı, sionist işğalçılar qarşısında qələbə əldə olunmazdı.
Livan Hizbullahının baş katibi əlavə edib: Müsəlmanlar Fələsitnin azadlığı və təkfirçilərin məkrli planının qarşısını almaq üçün əməkdaşlıq etməlidirlər.

Teqlər