Küveytlilər Seyid Həsən Nəsrullahı alqışladılar
İyul 12, 2015 17:09 Asia/Baku
Küveyt vətəndaşları və mediaları Livan Hizbullahının baş katibini Küveyt xalqı və dövlətinə hörmət etdiyinə görə alqışlayıblar.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Küveyt mediaları və vətəndaşları Livan Hizbullahının baş katibi Seyid Həsən Nərullahı Küveyt xalqı və dövləti barədə əhəmiyyətli adlandırıb və Küveytin İmam Sadiq (ə) məscidinə terror hücumundan sonra onun bu ölkənin addımlarını dəstəkləməsini alqışlayıblar.Bu məlumata görə, küveytlilər Seyid Həsən Nəsrullahı alqışlamaq üçün Twitterdə Küveyt müqavimət seyyidini alqışlayır haştaqı yaradıblar. Bu isə çoxlu sayda küveytli fəal və vətəndaş, hətta bəzi siyasətçilər tərəfindən rəğbətlə qarşılanıb.
Bu çərçivədə Küveyt parlamentinin deputatı Feysəl əl-Dəvisan da Seyid Həsən Nəsrullaha ünvanladığı müraciətdə onun mövqeyini alqışlayıb.
Nəsrullahın çıxışı və Küveyt xalqı və dövlətinə hörmət bəsləməsi Küveyt medialarında geniş rezonans doğurub.