Ərəbistanda qadınlara qarşı məhdudiyyətlər davam edir
İyul 17, 2015 09:48 Asia/Baku
-
Ərəbistanda qadınlara qarşı məhdudiyyətlər davam edir
Ərəbistanlı fəallar Ali-Səud rejimi tərəfindən bu ölkə qadınalarına qarşı məhdudiyyətlərin davam etməsindən xəbər veriblər.
Ərəbistanda Əlmərsəd saytının məlumatına görə, ərəbistanlı fəallar Sacir şəhərində səudiyyəli bir məmur tərəfindən bir qadının satış mərkəzindən çıxarılması barədə filmi yayaraq, bildiriblər ki, Ərəbistanın dini polisi bu qadının çadrasının üzərində naxışın olması səbəbindən onu satş mərkəzindən çıxarıbdır.Ərəbistanlı fəallar əlavə ediblər: Səudiyyə başçılarının bu ölkədə qadınlara qarşı tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması üzrə hər cür vədləri həqiqətdən uzaqdır.
Ərəbistanın dini polisi məmurlarının kobud davranışları bu ölkənin daxili və xaricində kəskin tənqidlərə səbəb olubdur.
Bundan öncə də İnsan Haqları Gözətçisi Təşkilatında(Human Rights Watch) Yaxın Şərq və Afrikanın şimalı məsələləri üzrə şöbə müdiri Sara Eli Vitson demişdi ki, Ərəbistan dövlətinin qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər bu ölkə üçün utancgətiricidir.