Dəməşq konfransının yekun bəyanatı
İyul 25, 2015 19:33 Asia/Baku
-
Dəməşq konfransının yekun bəyanatı
Suriya paytaxtı Dəməşqdə keçirilən Terrorizmlə Media Mübarizəsi Beynəlxalq Konfransı bir bəyanatın verilməsi ilə sona çatıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Əxbariyyə telekanalına istinadla verdiyi məlumata görə, Dəməşqdə keçirilən Terrorizmlə Media Mübarizəsi Beynəlxalq Konfransında iştirak edən ölkələrin nümayəndələrinin yekun bəyanatında terrorçu qruplaşmaların tam məhvinə qədər onlarla mübarizə vurğulanıb və bildirilib ki, terrorizmlə üzləşən dövlətlər siyasi həll yollarının təqdim edilməsi yolu ilə dəstəklənməlidir.Bu bəyanatın davamında bildirilib: Terror qruplaşmaları region və dünyanın təhlükəsizlik və stabilliyini ciddi təhlükə ilə üzləşdirib və onlar terror siyahısına salınmaqla regional və beynəlxalq səviyyədə onlarla ciddi şəkildə davranılmalıdır.
Bu bəyanatda terrorçuları dəstəkləyən ölkələrə toxunulub və bildirilib: Terror qruplaşmalarını dəstəkləyən ölkələr qanunu pozan və mütəşşəkkil terrorizm siyasətlərinə malik ölkələr sırasındadırlar və onlar beynəlxalq qanunlara əsasən cəzalandırılmalıdırlar.
2 günlük Terrorizmlə Media Mübarizəsi Beynəlxalq Konfransı dünyanın müxtəlif ölkələrindən 130-dən çox media mənsubunun iştirakı ilə cümə günü Dəməşqdə işə başladı və bu gün bəyanatın verilməsi ilə öz işinə yekun vurdu.