Türkiyədə de-stabillik davam edir
İyul 29, 2015 14:31 Asia/Baku
-
Türkiyədə de-stabillik davam edir
Türkiyə Kürd Fəhlə Partiyası PKK-nın üzvləri bu ölkənin cənub-şərqində daha bir polisi oğurlayıblar.
Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə polisi bildirib: Öz avtomobili ilə səfərə çıxan polis məmuru Sedat Yabalak çərşənbə axşamı günü Şırnak şəhərinin şərqində PKK üzvləri tərəfindən oğurlanıb.Türkiyə polisi bu barədə araşdırmanın başlandığına toxunaraq bildirib: Yabalakın ailəsi PKK qüvvələrinin hücumu zamanı onunla birlikdə olub və onlara məkanı tərk etmək icazəsi verilib.
PKK üzvləri cümə günü də Türkiyənin cənub-şərqində bir polis məmurunu oğurlayıblar.
Kürd Fəhlə partiyası son vaxtlar Türkiyə polis məmurlarına qarşı hücumlarını artırıblar.
Ötən həftə çərşənbə günü də Şanlı Urfada iki polis PKK üzvləri tərəfindən öldürülüb.