İyul 30, 2015 10:22 Asia/Baku
  • Müqavimət Alimləri Beynəlxalq Birliyinin konfransında yekun bəyanat verilib
    Müqavimət Alimləri Beynəlxalq Birliyinin konfransında yekun bəyanat verilib

Livan paytaxtı Beyrutda Fələstin haqda Müqavimət Alimləri Beynəlxalq Birliyinin iki günlük konfransı yekun bəyanatla sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, "Fələstin Uğrunda Birlik" şüarı ilə Beyrutda keçirilən Müqavimət Alimləri Beynəlxalq Birliyinin konfransının yekun bəyanatında sionist rejim təhlükəsi ilə mübarizə və Fələstinin müdafiə üçün birliyin zəruriliyi vurğulanıb və bildirilib ki, islam dünyasının ilk məsələsi Fələstindir və İsrailin tam mənvi ideologiyası genişlənməlidir.
Müqavimət Alimləri Beynəlxalq Birliyinin konfransının bəyanatında İslam İnqilabının Böyük Rəhbəri və Dünya Müsəlmanlarının Vəliyyi-Əmri Həzrət Ayətullahülüzma Xameneinin Fələstin məsələsi qarşısındakı dəstəyi və səyləri alqışlanıb.
Bu bəyanatda Livan və Fələstində qələbənin gerçəkləşməsində müqavimətin qüdrətinə toxunulub və bildirilib: Sionistlər Avropa ölkələri və Amerikadan maliyyə və hərbi yardımlar alırlar və müqavimətin sionistlər qarşısındakı qələbəsi onun qüdrətini göstərir.
Müqavimət Alimləri Beynəlxalq Birliyinin konfransının yekun bəyanatında təkfirçilik və terrorizmlə mübarizə vurğulanıb və bildirilib: Təkfirçi qruplaşmaların regiondakı hərəkətliliyi onların sionist düşmən və beynəlxalq imperializmlə əlaqəsinin olduğunu göstərir və dünya azadlıqsevərləri bu yanlış təfəkkürlə mübarizə üçün birləşməyə çağırılır.
"Fələstin Uğrunda Birlik" şüarı ilə Müqavimət Alimləri Birliyinin I Beynəlxalq konfransı çərşənbə axşamı günündən Livan paytaxtı Beyrutda 43 ölkədən 120-dən çox islam alimi və şəxsiyyətinin iştirakı ilə işə başlayıb və çərşənbə günü gecə bəyanat verərək öz işinə yekun vurub.

Teqlər