İŞİD-in Türkiyəyə gediş-gəliş üçün istifadə etdiyi gizli tunellər aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196663-İŞİd_in_türkiyəyə_gediş_gəliş_üçün_istifadə_etdiyi_gizli_tunellər_aşkar_edilib
Kürd qüvvələr İŞİD-in Suriya və Türkiyə arasında gediş-gəliş üçün istifadə etdiyi tunellər şəbəkəsini aşkar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2015 06:02 Asia/Baku
  • İŞİD-in Türkiyəyə gediş-gəliş üçün istifadə etdiyi gizli tunellər aşkar edilib
    İŞİD-in Türkiyəyə gediş-gəliş üçün istifadə etdiyi gizli tunellər aşkar edilib

Kürd qüvvələr İŞİD-in Suriya və Türkiyə arasında gediş-gəliş üçün istifadə etdiyi tunellər şəbəkəsini aşkar edib.

Əl-Aləm kanalının məlumatına görə, kürdlər Suriyanın Rəqqə vilayətində yerləşən Təl-Əbyəz şəhərini Türkiyə ilə birləşdirən tunellər kəşf ediblər. Bu tunellərin uzunluğu 100-600 metrdir. Bu tunellər Türkiyənin Ağca Qala şəhərinə çıxır. Bu məlumata görə, İŞİD terrorçuları bu tunellərdən silah və hərbi sursatın daşınması və ya saxlanılması üçün istifadə edirlər.
Hələb şəhərinin ətrafında, Eynül-Ərus kəndinin yaxınlığında da oxşar tunellər aşkar edilib.