Avq 21, 2015 10:44 Asia/Baku
  • Muhəmməd Əlanın aclıq aksiyası başa çatıb
    Muhəmməd Əlanın aclıq aksiyası başa çatıb

Sionist rejim zindanında olan fələstinli əsir Muhəmməd Əlanın vəkili öv müvəkkilinin aclıq aksiyasının başa çatmasından xəbər verib.

Fələstin Əlyəum xəbər agentliyinin məlumatına görə, Muhəmməd Əlanın vəkili Cəmil Əlxətib cümə axşamı günü axşam bildirib ki, bu fələstinli əsir elə həmin gün aclıq aksiyasına son qoyub və onun cismani durumu da müəyyən qədər yaxşılaşıb və danışa bilir.
Muhəmməd Əlanın vəkilinin sözlərinə görə, o, müalicə kursu başa çatandan sonra evinə qayıda bilər və xəstəxanada da sionist zindan nəzarətçilərinin nəzarətində deyil.
Əlxətib sionist rejimin Əlanın idari həbsinin ləğvi üzrə qərarını bu fələstinli əsirin qələbəsi adlandırıb.
Muhəmməd Əlan 2014-cü ildə həbs olunaraq, altı ay idari həbsdə qaldı və bu müddət daha altı ay uzadıldı, amma o, idari həbsinə etiraz edərək, təqribən iki ay bundan öncədən aclıq keçirirdi.
Fələstinlilərin Əlanı himayə üzrə geniş aksiyaları və onun aclıq aksiyasının davam etməsindən sonra sionist rejim onun azad edilməsi ilə razılaşdı.

Teqlər