PKK terrorçuları Türkiyənin bir neçə bölgəsində polislərə hücum ediblər
Avq 27, 2015 10:16 Asia/Baku
-
PKK terrorçuları Türkiyənin bir neçə bölgəsində polislərə hücum ediblər
Türkiyənin Osmaniyyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb.
“Anadolu”-nun verdiyi məlumata görə, Osmaniyyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb.
Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hücumu törətməkdə şübhəli bilinənlərin yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.