Tüncəli vilayətinin yolları bağlıdır
Avq 31, 2015 10:38 Asia/Baku
-
Tüncəli vilayətinin yolları bağlıdır
Türkiyə mediaları bu ölkənin Tüncəli vilayətinin yollarının bağlı olmasından xəbər verib.
Müxbirimizin verdiyi məlumata əsasən dünən Türkiyə mediaları bildiriblər: Bu vilayətdə terrorçu hərəkətlərin çoxalmasına və həqiqi sabitliyin bərqərar olmasına görə Tüncəli vilayətinin yolları 3 gün müddətində bağlanıb.Daxil olan məlumata əsasən son günlər Tüncəli- Velmor- Ərzincan və Tüncəli-Evacik marşrutunda əmin-amanlıq pozulub və terrorçu PKK üzvləri maşınları dayandıraraq sürücülər və müsafirləri yoxlamağa başlayıblar. Hətta bir neçə maşını da dayandırmağa cəhd göstəriblər. Habelə PKK üzvləri dünən Tüncəli vilayətində Ədalət və İnkişaf Partiyasının funksionerlərindən olan Süleyman Canbolatı oğurlamağa təşəbbüs göstəriblər ki bu da həmin vilayətin bağlanmasına gətirib çıxarıb.
İki ay bundan öncədən Türkiyənin cənub bölgələri və bu ölkənin Suriya ilə sərhəd məntəqələri yaxınlığında xüsusilə də terrorçuların Suruç şəhərində kürdlərin himayəçilərinə qarşı hücumları ardınca bu məntəqələrdə qeyri-stabil vəziyyət hökm sürür.
Yada salaq ki terrorçuların Suruç şəhərinə hücumu 31 nəfərin ölümü daha 100 nəfərin yaralanmasına səbəb olmuşdur. Bu müddətdə Türkiyənin Fəhlələr Partiyası da bu ölkənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra hücum proqramları planlaşdırıblar.