Sen 03, 2015 19:38 Asia/Baku
  • Sionist qəsəbə sakinləri bir daha Məsciduləqsaya basqın ediblər
    Sionist qəsəbə sakinləri bir daha Məsciduləqsaya basqın ediblər

Onlarla sionist qəsəbə sakini sionist rejim polisinin dəstəyi ilə Məsciduləqsaya basqın edib.

Fələstinli Əlrisalə xəbər portalının məlumatına görə, sionist qəsəbə sakinləri cümə axşamı günü səhər Babulməğaz tərəfdən Məsciduləqsaya basqın edəndən sonra onun səhnlərində dolaşmağa başlayıblar. Belə bir halda, fələstinli namazqılanlar "Allahu Əkbər!" şüarları veriblər.



Digər tərəfdən, sionist qəsbkarlar Məsciduləqsanın daxilində piket keçirən fələstinli bir qadını həbs ediblər.



Həmçinin işğalçı rejimin polis qüvvələri doqquzuncü gün dalbadal fələstinli qadınların Məsciduləqsaya keçmələrinə mane olublar.



Fələstinli qız və qadınlar da Babulsilsilə qarşısında piket keçirərək, sionist qəsəbə sakinləri Məsciduləqsadan çıxarkən "Allahu Əkbər!" şüarları veriblər.

Sionist qüvvələr aksiyaçıları zindan və Qüdsdən təbid etməklə hədələyiblər.

Teqlər