Ofer həbsxanasında azyaşlı fələstinli əsirlərin sayı artıb
Sen 07, 2015 18:02 Asia/Baku
Fələstin Azadlığı Uğrunda Təşkilatın Fələstinli Əsirlər və Azadların məsələləri üzrə komitəsi İsrail rejimi həbsxanalarından birində yüz azyaşlı fələstinli əsirin olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Almaniya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, qeyd olunan komitə bazar günü bir hesabatda bildirib: Ofer həbsxanasında azyaşlı fələstinli əsirlərin sayı yüzə çatıb. Onların 42-si 18 yaşdan aşağı, 13 nəfəri isə 15 yaşdan aşağıdır.Bu komitənin bildirdiyinə görə, həbs olunma hallarına gəlincə, azyaşlılar 23 halda mənzildə, 5 halda yoxlama keçid məntəqəsində, 4 halda yollarda, 9 halda bildirişlə və bir halda isə iş yerində həbs olunub.
Hesabatda bildirilib: Azyaşlı fələstinli əsirlərdən 8 nəfəri həbs zamanı döyülüb.
Bu məlumata görə, ötən ayda 21 azyaşlı fələstinli əsir üçün 6-19 ay həbs qərarları verilib və ağır cərimələrin ödənməsi tələb olunub.
Təxminən 6500 fələstinli əsir İsrail rejiminin 22 həbsxanası və təcridxanasında ağır şəraitdən saxlanılır və onlar ilkin hüquqlar və imkanlardan məhrumdurlar.