Ali-Səudun müsəlmanların dəyərlərinə qarşı yönəlmiş siyasəti
Sen 13, 2015 14:13 Asia/Baku
Ali-Səud Məkkə və Mədinəni bir gəlir mənbəyinə çevirməklə müsəlmanların dəyərlərinə zərbə vurmağa çalışır.
Tehranda çıxan "Cümhuri İslami" qəzeti bu günkü sayında Məkkədə bir qaldırıcı kranın Allah evi zəvvarlarının üzərinə aşmasına işarə edərək, yazır: Səudiyyəlilər Məkkə və Mədinədə şeytani simvolları əks etdirən ticarət məqsədli göydələnlərin inşa edilməsi ilə müsəlmanların ən müqəddəs məkanlarını təhqir edirlər.Səudiyyəlilər İslam və müsəlmanlar üçün dəyərli olan məkanları dağıdaraq, Məscidül-Həramın genişləndirilməsi adı altında "Atkinter" atlı bir ingilis şirkətinin əməkdaşlığı ilə öz çirkin planlarını gerçəkləşdirirlər.
Xüsusilə həcc mövsümündə Kəbə evi və milyonlarla zəvvarın başı üzərində onlarla ton ağırlığı olan qaldırıcı kranlardan istifadənin edilməsi Ali-Səud başçılarının müsəlmanlar və onların dəyərlərinə laqeyd münasibətindən xəbər verir.