PKK bir yoxlama-buraxılış məntəqəsini vurdu
Sen 13, 2015 21:45 Asia/Baku
-
PKK bir yoxlama-buraxılış məntəqəsini vurdu
Türkiyə mediaları PKK-nın ölkənin cənub-şərqində bir yoxlama-buraxılış məntəqəsinə hücum etməsindən xəbər verib.
Doğan xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü PKK yaraqlıları bomba quraşdırılmış bir avtomobil ilə Şırnak vilayətində bir yoxlama-buraxılış məntəqəsinə hücum ediblər. 2 polis zabiti həyatını itirdiyi bu hadisədə 5 polis əməkdaşı da yaralanıb.Türkiyənin təhlükəsizlik qüvvələri bu hadisənin ardınca Şırnakda PKK yaraqlılarını izləməyə başlayıblar. Bu əməliyyat zamanı 2 PKK yaraqlısı öldürülüb.
Həmçinin, Türkiyə ordusu Ağrı dağının ətəklərində PKK yaraqlılarına qarşı quru əməliyyatlarına başlayıb.
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri bazar günü PKK yaraqlılarının Ağrı dağındakı sığınacaqlarını aşkar edərək, bu sığınacaqlara qarşı geniş əməliyyata başlayıblar.
Daxil olan məlumatlara görə, Şırnak vilayətində yerləşən kürd sakinli Cizrə şəhəri bir həftəyə yazın ordu qüvvələrinin mühasirəsində olub.
Bu arada Türkiyənin Demokratik Xalqlar Partiyası(HDP) son günlər Cizrə şəhərində PKK yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda 21 mülkinin həyatını itirməsindən xəbər verib.
Türkiyə dövləti Cizrə şəhərinin mühasirəsini şənbə günü yerli və xarici təzyiqlərə görə ləğv etməyə məcbur oldu.
Ötən həftə də Türkiyə ordusunun quru qüvvələri PKK yaraqlıları ilə mübarizə aparmaq üçün İraqın şimalına daxil olublar.
Türkiyədə 2 ay öncədən başlanan təhlükəsizlik böhranı Suruç şəhərində kürd fəallara qarşı hücumun ardınca şiddətlənib. Suruç hadisəsində 30 nəfər həlak olmuş, 100-dən artıq insan da yaralanmışdı.
Bu hadisənin ardınca Türkiyə ordusu ölkənin cənub məntəqələrində PKK-nın mövqelərinə havadan zərbələr endirmişdi.
PKK isə bunun ardınca 2013-cü ildə imzalanan atəşkəs müqaviləsinin qüvvədən düşdüyünü elan etdi.