Türkiyənin şərqində bomba partlayışında 12 hərbçi yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197638-türkiyənin_şərqində_bomba_partlayışında_12_hərbçi_yaralanıb
Türkiyənin şərqində yol üzərində quraşdırılan bombanın partlaması nəticəsində ən azı 12 Türkiyə hərbçisi yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2015 14:33 Asia/Baku
  • Türkiyənin şərqində bomba partlayışında 12 hərbçi yaralanıb
    Türkiyənin şərqində bomba partlayışında 12 hərbçi yaralanıb

Türkiyənin şərqində yol üzərində quraşdırılan bombanın partlaması nəticəsində ən azı 12 Türkiyə hərbçisi yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin Muş vilayətinin təhlükəsizlik idarəsi bildirib: Urbayazi kəndi yaxınlığında yol üzərində quraşdırılan bombanın partlaması nəticəsində 12 hərbçi yaralanıb.
Muş vilayəti təhlükəsizlik idarəsi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK ünsürləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar iki ay öncə Türkiyə ordusunun PKK-nın İraqın şimalındakı mövqelərinə hücum etməsindən sonra şiddətlənib.