Sen 18, 2015 19:44 Asia/Baku
  • Qoşulmama hərəkatı AEBA-nın İsrailin nüvə təsisatlarına nəzarətini istədi
    Qoşulmama hərəkatı AEBA-nın İsrailin nüvə təsisatlarına nəzarətini istədi

Qoşulmama hərəkatı İran İslam Respublikasının sədrliyi ilə sionist rejimin nüvə təsisatlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə verilməsini istədi.

İRİB-nin məlumatına görə, Qoşulmama hərəkatı cümə axşamı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu illik konfransında bir bəyanat yayaraq, sionist rejimin nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna qoşulmasını və İsrailin nüvə təsisatlarının AEBA-nın nəzarəti altına keçməsini istəyib.
Qoşulmama hərəkatı dünya ictimaiyyətinin haqlı nigaranlığının İsrail rejimi tərəfindən diqqətə alınmamasına işarə edərək, bildirib: İsrail rejimi bəzi ölkələrin aşkar himayəsi ilə davamlı olaraq öz hərbi nüvə potensialını genişləndirməklə məşğuldur.
Qoşulmama hərəkatı öz bəyanatında əlavə edib: İsrailin öz qeyri-qanuni nüvə potensialını bəzi ölkələrin qanunsuz əməkdaşlığı ilə artırması bütün beynəlxalq qanun və qaydalara zidd olmaqla yanaşı region və dünya təhlükəsizliyi üçün ciddi təhdid sayılır.
Həmçinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Yaxın Şərqdə nüvə fəaliyyətlərinə, xüsusilə də İsrailin nüvə fəaliyyətlərinə nəzarətiylə bağlı qətnamə Agentliyə üzv 125 ölkənin himayəsi ilə qəbul olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-ci illik iclası bazar ertəsi günündən etibarən AEBA-nın Vyanadakı qərargahında start götürüb.

Teqlər