Sen 19, 2015 19:23 Asia/Baku
  • Türkiyə qırıcıları İraqın şimalını bir daha bombalayıblar
    Türkiyə qırıcıları İraqın şimalını bir daha bombalayıblar

Türkiyə Hərbi Hava Qüvvələrinin bombardmançı qırıcı təyyarələri Kürdüstan Fəhlə Partiyası PKK-nın qüvvələrinin toplandığı önəmli məkanlardan biri olduğu deyilən İraqın Həftanin məntəqəsinə hava hücumları ediblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bu hücumlarda ən azı 55 PKK üzvününü öldürüldüyü iddia olunub.
Türkiyənin şərq və cənub-şərqində kürdsakinli bölgələrəd qarşıdurmalardan 75 günün keçdiyi bir dövrdə Türkiyə PKK-nın silah-sursat anbarları və qüvvələrinin toplaşdığı mərkəzlərin olması, bu qrupun bu bölgələrdən Türkiyə ərazisinə nüfuz etməsi və terror aktları törətməsi iddiası ilə İraqın şimalında müxtəlif bölgələri dəfələrlə bombalayıb. Türkiyənin İraqın şimalına hərbi təcavüzləri rəsmi Bağdadın sərt etirazına səbəb olub.
Anadolu İnformasiya Agentliyinin Türkiyənin təhlükəsizlik dairələrinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı günü keçirilən bu əməliyyat nəticəsində PKK-nın bu bölgədəki mövcudluğunun əsas hissəsi məhv olub.

Teqlər