Demirtaş: Ərdoğan toqquşmaların dayanmasını istəmir
Sen 27, 2015 19:38 Asia/Baku
-
Demirtaş: Ərdoğan toqquşmaların dayanmasını istəmir
Türkiyədə Xalqların Demokratik Partiyasının sədri deyib ki, bu ölkə prezidenti Türkiyədə toqquşmaların dayanmasını istəmir.
IRIB-nin məlumatına görə, Danimarkada olan Səlahəddin Demirtaş bu ökənin xarici işlər naziri ilə görüşdən sonra son aylar Türkiyədə baş verən kobudluqlar barədə müxbirlərlə müsahibədə deyib: Müzakirələr masasına geri dönmək qarşısında ən mühüm maneə, Türkiyə dövlətini idarə edən kəslərin sərt mövqeləridir.Səlahəddin Demirtaş sonra deyib: PKK başçıları bizim, atəşkəsin bərqərarı ilə bir vaxtda nəzarətçilərin nəzarəti ilə müzakirəyə geri dönmək üzrə çağırışımıza müsbət cavab verdilər.
İyul ayından bəri və Türkiyə ordusu ilə PKK arasındakı toqquşmaların bərpasından sonra bu ölkənin müxtəlif şəhərləri silahlı hücumlar və partlayışlar səhnəsi olubdur.