Türkiyənin şərqində bir qrup PKK üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198074-türkiyənin_şərqində_bir_qrup_pkk_üzvü_öldürülüb
Türkiyənin şərqində Kürdüstan Fəhlə Partiyası PKK-nın bir qrup üzvü öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2015 08:16 Asia/Baku
  • Türkiyənin şərqində bir qrup PKK üzvü öldürülüb
    Türkiyənin şərqində bir qrup PKK üzvü öldürülüb

Türkiyənin şərqində Kürdüstan Fəhlə Partiyası PKK-nın bir qrup üzvü öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Bitlis valiliyi çərşənbə günü bir bəyanatda bu vilayətdə Türkiyə ordusunun iki gün keçirdiyi əməliyyat nəticəsində 6 PKK-çının öldürüldüyünü bildirib.
Bu bəyanata əsasən, Türkiyə ordusu qırıcı təyyarələrinin keçirdiyi əməliyyatda PKK-nın ixtiyarında olan bəzi binalar dağıdılıb.
Türkiyənin şərq və cənub-şərq bölgələrində qarşıdurmalar iyul ayından və Suriya ilə sərhəd bölgə olan Suruç şəhərindəki dəhşətli partlayışdan sonra başlayıb.
Türkiyə hökumətinin statistikalarına görə, 2015-ci il iyul ayında Türkiyə ordusu ilə PKK arasında başlanan qarşıdurmada ən azı 40 hərbçi və 120-dən çox təhlükəsizlik qüvvəsi həlak olub.