Bağdadın ətrafında törədilən qanlı terror aktı qurbanlarının sayı 24-ə çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198147-bağdadın_ətrafında_törədilən_qanlı_terror_aktı_qurbanlarının_sayı_24_ə_çatdı
Şənbə günü Bağdadın ətrafında baş vermiş terror aktında həyatını itirənlərin sayı 24-ə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2015 07:33 Asia/Baku
  • Bağdadın ətrafında törədilən qanlı terror aktı qurbanlarının sayı 24-ə çatdı
    Bağdadın ətrafında törədilən qanlı terror aktı qurbanlarının sayı 24-ə çatdı

Şənbə günü Bağdadın ətrafında baş vermiş terror aktında həyatını itirənlərin sayı 24-ə çatıb.

Bağdad Əməliyyat Komandanlığının sözçüsü Səəd Məənin bildirdiyinə görə, dünən Bağdadın şimalında, Kazımeyn məntəqəsində baş vermiş terror aktında ən azı 24 nəfər həlak olub. Bu terror aktında 60 nəfər də yaralanıb.
Hələ ki, bu terror aktının məsuliyyətini heç bir tərəf öz üzərinə götürməyib.
Amma, əməliyyatın törədilməsi forması 2014-cü ildən bəri İraqın böyük bir hissəsini ələ keçirən təkfirçi-terrorçu İŞİD qruplaşmasının metodlarını xatırladır.
BMT-nin İraqdakı nümayəndəsi tərəfindən təqdim edilən statistik məlumata görə, 2015-ci ilin sentyabrında 717 iraqlı sadəcə Bağdad vilayətində İŞİD terrorçularının hədəfinə çevrilib və həyatını itirib.