Türkiyə NATO-nun patriot raketlərinin qorunmasını istədi
Okt 09, 2015 17:49 Asia/Baku
Türkiyə NATO-dan Suriyanın raketlərini vurmaq üçün hesab etdiyi patriot raket sistemlərinin Türkiyə ərazisində qorunmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya qırıcı təyyarələri tərəfindən Türkiyənin hava zolağının pozulması barədə Türkiyənin iddiasından bir neçə gün sonra Brüsseldə NATO müdafiə nazirlərinin müzakirələrindən məlumatlı iki mənbə bildirib ki, Türkiyənin NATO-dakı nümayəndəsi bu alyansdan istəyib ki, bu ölkə ərazisində havadan müdafiə sistemlərinin yerləşdirilməsi prosesini davam etdirsin.Türkiyənin NATO-dan patriot müdafiə sistemlərini qorumasını istədiyi bir halda, Almaniya bildirib ki, patriot raketlərini Türkiyədən çıxarmaq niyyətindədir və ABŞ da bu işi yerinə yetirməyi düşünür.
Bu arada NATO baş katibi Yens Stoltenberq bu gün bildirib ki, bu alyans Türkiyəni müdafiə etmək üçün NATO quru qüvvələrini ezam etməyə hazırdır.
NATO 2013-cü ilin yanvar ayında Türkiyə və İspaniyada patriot raketlərini yerləşdirib. Qərb rəsmilərinin iddiasına görə məqsəd Suriyanın raket təhdidi ilə mübarizədir. ABŞ da bu raketləri Türkiyədən çıxarmaq niyyətindədir. Fransa və İtaliya da patriot raketlərini Türkiyədən çıxarmaq üzrə İspaniyaya qoşulmağa maraqlı olduqlarını bildiriblər. Lakin hələlik bu barədə xüsusi bir qərar verməyiblər.
NATO iddia edib ki, Rusiya qırıcı təyyarələri 3 və 4 oktyabrda Türkiyənin hava zolağını pozub və bu hərəkət təsadüfi olmayıb.
Rusiya Müdafiə Nazirliyi təsdiqləyib ki, 3 oktyabrda Su-30 qırıcı təyyarəsi hava şəraitinin münasib olmamasına görə, bir neçə saniyəliyə Türkiyənin hava zolağına daxil olub.