Şəmxani Pakistan baş naziri ilə görüşüb
Okt 29, 2015 12:16 Asia/Baku
Pakistanın baş naziri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi iki qonşu ölkənin hərtərəfli əməkdaşlıqlar prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə İslamabadda görüşdə iki ölkə əlaqələrinə hakim sabitlik əsasları və prinsiplərini xatırlayaraq deyib: İran və Pakistanın konstuktiv əməkdaşlıqları və dostluq əlaqələri region və islam dünyasında heç vaxt hökumətlərin dəyişilməsinin təsiri altına düşməyib.Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif də İranı 5+1 qrupu ilə tarixi nüvə anlaşmasını əldə etməsi ilə əlaqədar təbrik edərək yeni şəraitin regional və beynləxalq əlaqələrdə İranın siyasi və iqtisadi aktiv rolunun artmasına zəmin yaratdığını bildirib.