Noy 19, 2015 13:08 Asia/Baku
  • Yaxın Şərqdə siyasi məhbusların sayı baxımından ən yuxarı göstərici Bəhreynə aiddir
    Yaxın Şərqdə siyasi məhbusların sayı baxımından ən yuxarı göstərici Bəhreynə aiddir

Bəhreyn siyasi məhbusların sayı baxımından Yaxın Şərqdə ən yüksək göstəriciyə malikdir.

"Mirratül Bəhreyn" internet portalının verdiyi məlumata görə, mərkəzi qərargahı Londonda yerləşən "Cəza Siyasətləri Araşdırmalar Müəssisəsi" bir hesabat yayaraq, bildirib: Bəhreyn əhalisinin sayını nəzərə alaraq, bu ölkə region ölkələri arasında ən yüksək siyasi məhbus göstəricisinə malikdir.
Bu hesabatda Bəhreyn əhalisinin ümumi sayının 1.4 milyon nəfər olduğuna diqqət çəkilir və bildirilir ki, Bəhreyndə hər 100 min nəfərə 300 siyasi məhbus düşür.
Bu məlumata görə, Bəhreyndəki məhbusların 27.5%-i mühakimə edilmədən həbsdə saxlanılır və məhbusların 4.7%-ni qadınlar, 2.3%-ni yeniyetmələr və azyaşlılar təşkil edir.
Hesabatda həmçinin deyilir: Bəhreyndən sonra regionda siyasi məhbusların sayı baxımından ən yüksək göstərici İsrail rejimi, BƏƏ, Ərəbistan, İordaniya, İraq, Livan, Küveyt, Suriya, Yəmən, Qətər və Omana aiddir.
Cəza Siyasətləri Araşdırmaları Müəssisəsi sentyabr ayına olan hesabatında Bəhreyndə 189 qadın məhbusun olduğunu bildirmiş və qadın məhbusların sayı baxımından bu ölkənin Ərəb ölkələri arasında 8-ci yerdə durduğunu elan etmişdi.

Teqlər