Noy 22, 2015 08:50 Asia/Baku
  • Türkiyənin cənub-şərqində 9 PKK üzvü öldürülüb
    Türkiyənin cənub-şərqində 9 PKK üzvü öldürülüb

Türkiyənin təhlükəsizlik mənbələri Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK terrorçu qrupunun üzvlərindən doqquz nəfərin bu ölkənin cənub-şərqində öldürülməsindən xəbər veriblər.

Fars xəbər agentliyinin məlumatına görə, Türkiyənin təhlükəsizlik qüvvələri bir əməliyyatda PKK qüvvələrinin Silubi rayonu və Şirnak şəhərinin bəzi məntəqələrinin girəcəklərində qazdıqları xəndəkləri dağıdıblar ki, onun ardınca altı PKK üzvü Şirnak şəhərində, digər üç nəfər isə Silubi rayonunda öldürülübdür.
Bu məlumata görə, Türkiyə Kürdüstanı Fəhlə Partiyasının silahlı ünsürləri pulemyot və əldəqayırma bombalarla Türkiyənin təhlükəsizlik qüvvələrinə atəş açıb və həmin qüvvələrin reaksiyası ilə üzləşiblər.
Türkiyənin hərbi və polis qüvvələrinin PKK qüvvələri ilə toqquşması iki il yarımlıq fasilədən sonra 2015-ci ilin iyulundan yenidən başlanıbdır.
Türkiyə rəsmilərinin sözlərinə görə, bu müddətdə PKK qüvvələrindən minlərlə nəfər və Türkiyənin hərbi və polis qüvvələrindən təqribən iki yüz nəfər öldürülbdür.

Teqlər