Noy 28, 2015 14:46 Asia/Baku
  • Ərəbistanın şərqində aksiya
    Ərəbistanın şərqində aksiya

Ərəbistan xalqı Ali-Səud rejiminin repressiyalarına etiraz olaraq, aksiya keçirib.

Skay-Nyus(Sky News) telekanalının internet portalının məlumatına görə, səudiyyə başçılarının bir gündə əllidən çox məhbusun edamı üzrə planının icrası ərəfəsində təqribən min şiə etirazçı Ərəbistanın şərqindəki Əvamiyyə şəhərindəki bir məscid qarşısında aksiya keçirib.
Ərəbistanlı etirazçılar edama məhkum olunmuş siyasi məhbusların azadlığını tələb ediblər.
Yayılan məlumatlara əsasən, həbs olunduğu zaman təkcə on yeddi yaşı olmuş ərəbistanlı mübariz ruhani- Şeyx Nimr Baqir Əl-Nimrin qardaşı oğlu- Əli Əl-Nimr Ərəbistanda bir gündə edam olunması qərara alınmış onlarla nəfərdən biridir.
Ərəbistanda çıxan Əkaz qəzeti son zamanlar bir reportajda yazıbdır ki, Ali-Səud başçılarının "terror hərəkətləri" adlandırdıqları cinayət ittihamı ilə 55 nəfər tezliklə edam olunacaq.

Teqlər