İnqilab Rəhbərinin məktubu terrorizmlə mübarizə üçün beynəlxalq birliyi vurğulayır
Dek 02, 2015 09:13 Asia/Baku
İraq Kürdüstanının Səlahəddin Universitetinin müəllimi deyib: İslam İnqilabının Böyük Rəhbərinin məktubu nəhs terrorizm fenomeni ilə mübarizə üçün dünya ölkələrinin birlik prosesinə üz tutmalarını vurğulayır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Haşim Zibari terrorizmin genişlənməsi və onun əsas himayədarlarına toxunaraq deyib: İndiyə qədər terror qruplaşmaları, xüsusilə də İŞİD-i dəstəkləyən ölkələr hazırda özləri terrorizm fenomeni ilə üzləşiblər və İnqilab Rəhbərinin müraciəti beynəlxalq anlaşma sayəsində bu fenomenlə mübarizə ilə yanaşı kollektiv dincliyi əldə etmək istəyənlər üçün xəbərdarlıqdır.Zibari əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin müraciəti əslində terrorizmi öz nəhs məqsədlərinə çatmaq üçün vasitə edən və bu yolda heç bir qeyri-insani əməldən çəkinməyən ölkələrə xəbərdarlıqdır.